Bu səhifə MTAP mobil tətbiqindəki hesaba aiddir.
1.Tətbiqdə silmək
- MTAP tətbiqini açın və hesabınıza daxil olun.
- Aşağıda Profil bölməsinə keçin.
- Hesabı sil düyməsinə basın və təsdiqləyin.
Hesab dərhal silinir, bütün cihazlarda giriş bağlanır.
2.Tətbiqə daxil ola bilmirsinizsə
Hesabınıza bağlı telefon nömrəsini yazaraq destek@mtap.az ünvanına yazın. Hesabın Sizə aid olduğunu yoxlayandan sonra onu silib Sizə cavab yazacağıq.
3.Nə silinir
- Ad və soyad, istifadəçi adı, oyun mövqeləri
- Telefon nömrəsi, e-poçt və Google hesabı bağlantısı
- Şifrə
- Sevimli meydançalar və bildirişlər
- Klub üzvlükləri və dəvətlər
- Cihazın bildiriş tokeni
4.Nə saxlanılır
Keçmiş rezervasiya, oyun və ödəniş qeydləri adınız olmadan, «Silinmiş istifadəçi» kimi qalır. Onlar meydança sahibinin hesabatı və qanunun tələb etdiyi ödəniş uçotu üçün lazımdır və qanunun tələb etdiyi müddət qədər saxlanılır. Meydançalara yazdığınız rəylər də «Silinmiş istifadəçi» adı ilə qalır.
5.Silməzdən əvvəl
- Bitməmiş və ya gələcək oyununuz və rezervasiyanız olmamalıdır — əvvəlcə onları tamamlayın və ya ləğv edin.
- Başqa üzvləri olan klubun liderisinizsə, əvvəlcə liderliyi başqa oyunçuya ötürün.
- Silmə geri qaytarılmır.