Bu siyasət MTAP mobil tətbiqinə və mtap.az saytına aiddir. Burada hansı məlumatları topladığımızı, nə üçün istifadə etdiyimizi və kimlə paylaşdığımızı izah edirik.
1.Hansı məlumatları toplayırıq
- Ad və soyad, istifadəçi adı, oyun mövqeləri
- Telefon nömrəsi
- Google hesabını bağlasanız — Google e-poçt ünvanınız
- Bildiriş göndərmək üçün cihazın bildiriş tokeni
- Rezervasiya və oyun tarixçəsi
- Ödəniş qeydləri (məbləğ, tarix, status)
- Meydançalara yazdığınız rəylər
- Məkanınız — yalnız icazə versəniz, meydançaları yaxınlığa görə sıralamaq üçün (saxlanılmır)
2.Məlumatdan nə üçün istifadə edirik
- Hesabınızı yaratmaq və girişi təsdiqləmək
- Rezervasiyaları və klub oyunlarını təşkil etmək
- Ödənişləri qəbul etmək və geri qaytarmaq
- Rezervasiya və oyunlar barədə bildiriş göndərmək
- Suallarınıza cavab vermək
Məlumatlarınızı satmırıq və reklam üçün başqalarına vermirik.
3.Kim nəyi görür
- Ad-soyadınız və istifadəçi adınız digər istifadəçilərə görünə bilər (məsələn, klub heyətində və reytinqdə).
- Telefon nömrəniz digər istifadəçilərə görünmür. Rezervasiya etdiyiniz meydançanın sahibi nömrənin yalnız operator kodunu və son iki rəqəmini görür. Meydançaya zəng edib rezervasiya etsəniz, sahib ona dediyiniz nömrəni görür.
4.Ödəniş məlumatı
Kart məlumatınız bizdə saxlanılmır. Onlayn ödənişi lisenziyalı ödəniş təşkilatı emal edir — kart məlumatını onun təhlükəsiz ödəniş səhifəsində daxil edirsiniz. Google Pay və ya Apple Pay ilə ödəyəndə kart məlumatını Google və ya Apple şifrələyir; biz onu görmürük və saxlamırıq.
5.Xidmət göstərənlər
Xidməti göstərmək üçün aşağıdakı xidmət təminatçılarına yalnız lazım olan məlumatı ötürürük:
- Lisenziyalı ödəniş təşkilatı — onlayn ödəniş
- SMS xidməti — SMS ilə təsdiq kodu
- Bildiriş xidməti — tətbiqə gələn bildirişlər
- Xəritə xidməti (OpenStreetMap əsasında) — xəritə şəkilləri; sizin məkanınız ona ötürülmür
- Google — Google hesabı ilə giriş və Google Pay
6.Saxlanma
Məlumatlarınız Azərbaycandakı serverdə saxlanılır. Hesabınızı silənə qədər saxlayırıq. Qanunun tələb etdiyi ödəniş qeydləri lazım olan müddət qədər saxlanıla bilər.
7.Hesabın silinməsi
Hesabınızı istənilən vaxt tətbiqdə Profil bölməsindən silə bilərsiniz. Tətbiqə daxil ola bilmirsinizsə və ya nəyin silindiyini bilmək istəyirsinizsə: Hesabın silinməsi.
8.Sorğular
Məlumatlarınızla tanış olmaq, onları düzəltmək və ya silmək üçün destek@mtap.az ünvanına yazın.
9.Dəyişikliklər
Bu siyasəti yeniləyə bilərik. Yenilənmə tarixi səhifənin yuxarısında göstərilir.