Bu səhifə MTAP tətbiqində meydança rezervasiyası üçün ödənişə aiddir.
1.Ödəniş üsulları
Onlayn ödəniş — lisenziyalı ödəniş təşkilatı vasitəsilə: Visa və Mastercard bank kartları, telefonunuzda işləyirsə Google Pay (Android) və ya Apple Pay (iPhone). Və ya meydançada nağd.
Qiymətlər tətbiqdə Azərbaycan manatı (₼) ilə göstərilir. Onlayn ödənişdə meydança haqqı oyunçular arasında bölünür və hər oyunçu öz payını ödəyir.
2.Ödəniş məlumatının təhlükəsizliyi
- Kartla ödəniş ödəniş təşkilatının təhlükəsiz səhifəsində, Google Pay və Apple Pay ilə ödəniş onların öz pəncərəsində aparılır.
- Kart məlumatınız MTAP-a ötürülmür və bizdə saxlanılmır.
- Onlayn ödənişdə payınızın üstünə ödəniş xidmətinin haqqı gəlir — seçdiyiniz üsula görə: kart, Apple Pay və Google Pay 3%, Birbank 1,5%. Haqq ödəniş ekranında ayrıca göstərilir. MTAP komissiya almır.
- Pul geri qaytarılanda ödəniş haqqı da qaytarılır.
3.Ləğv və geri qaytarma şərtləri
- Oyundan 24 saat əvvələ qədər ləğv tam geri ödənişlidir.
- Oyuna 24 saatdan az qalmış ləğvdə ödəniş geri qaytarılmır.
- Bütün paylar vaxtında ödənilmədiyi üçün rezervasiya baş tutmasa, ödənilən məbləğ tam geri qaytarılır.
- Meydança sahibi rezervasiyanı ləğv edərsə, ödəniş tam geri qaytarılır.
- Nağd ödənişdə pul əvvəlcədən alınmır — ödənişi meydançada edirsiniz.
- Nağd ödənişli təsdiqlənmiş oyunu oyuna 2 saatdan az qalanda tətbiqdən ləğv etmək olmur — ləğv üçün meydança ilə əlaqə saxlayın.
4.Geri qaytarmanın müddəti
Geri qaytarma 1–3 iş günü ərzində başlanır. Pulun hesabınıza düşmə vaxtı bankınızdan asılıdır. Pul ödəniş etdiyiniz üsulla geri qaytarılır.
5.Əlaqə
Ödənişlə bağlı suallar üçün destek@mtap.az ünvanına yazın. Müraciətdə telefon nömrənizi və oyunun tarixini qeyd edin.